“Fənər” Manuel Pelleqrini ilə-DANIŞIQLAR APARIR…

Baş məşqçi axtarışlarını davam etdirən İstanbulun “Fənərbağça” futbol klubu Manuel Pelleqrini ilə danışıqlar aparır.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul klubunun rəsmiləri 66 yaşlı çalışdırıcı ilə telefon əlaqəsi yaradıb.

Məlumata görə, “Fənərbağça” təcrübəli çalışdırıcını Türkiyəyə dəvət edib.

Qeyd edək ki, “Real Madrid”, “Mançester Siti”, “Malaqa”, “Vilyareal” kimi klubları çalışdırmış Pelleqrinin son iş yeri “Vest Hem” olub.

Etikxeber.az

Read Previous

“Onların gecikmiş reaksiyaları ermənipərəst imiclərini ört-basdır edə bilmir”-MİLLƏT VƏKİLİNDƏN AVROPA ŞURASINA NÖVBƏTİ ETİRAZ

Read Next

Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər-YAXALANDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir