Fərari erməni təmas xəttində əsgərlərimiz tərəfindən saxlanıldı – FOTO

Avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ilkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib.

farari

Erməni hərbi qulluqçu A.Kazaryanın uzun müddət ərzində komandirləri və digər hərbi qulluqçular tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomalar və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Etikxeber.az

Read Previous

Putin, Əliyev və Ruhani arasında görüş niyə təxirə salındı?

Read Next

“Meydanda çox düşünməli, diqqətli olmalıyıq” – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir