“Fərat qalxanı” və “Zeytun budağı” Türkiyənin gücünün göstəricisidir – BAXÇALI

Bizim məsələmiz, bizim amalımız namus bildiyimiz vətəndir.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün MHP-nın 12-ci növbədənkənar böyük qurultayında çıxışı zamanı adıçəkilən partiyanın  genəl başqan Dövlət Baxçalı deyib.

O, vətənin-Türkiyənin bir qarış torpağının belə Tükiyə düşmənlərinə, PKK, YPG və YPG-li terrorçulara verilməyəcəyini bildirib:

“Bizlər vətən torpaqlarının parçalanmasına, bölünməsinə,işğalına imkan verə bilmərik və verməyəcəyik”.

Baxçalı 7 iyun 2015-ci il parlament seçkiləri zamanı daxili və xarici anti-Türkiyəçi güclərin MHP-ni parlamentdən kənarda saxlamağa yönəlik ən çirkin planlara əl atdığını, bu planların eyni zamanda, 1 noyabr 2015-ci növbədənkərar parlament seçkilərindən sonra  daha məkrli şəkildə davam etdirilməyə cəhd olunduğunu, ancaq milliyyətçilərin, ülkücülərin həmin planları, cəhdləri iflasa uğratdığını vurğulayıb.

“1 noyabr seçkilərindən sonra isə MHP-ni ələ keçirmək planına əl atdı. Ötən müddətdə hansı alçaqlıqlar, hansı rəzilliklər baş verdiyini özünüz də gördünüz. Amma Türk və Türkiyə düşmənləri Türk milliyətçiliyinin, Türkçülüyün son qalası olan MHP-ni, bütövlükdə isə Türkiyəni ələ keçirə bilmədilər. Həmin qüvvələrə, “FETÖ” alçaqlarına 15 iyul 2016-cı il hadisələrində öldürücü zərbə vuruldu. Bizim davamız, bizim məsələmiz namuz bildiyimiz vətəndir. Ona görə görə də bizim davanın bədəli yoxdur”.

Baxçalı çıxışında 15 iyul hadisələrinin, 24 avqust 2016-cı il tarixli  “Fərat qalxanı” və 20 yanvar 2018-ci il tarixli  “Zeytun budağı” əməliyyatlarının Türk xalqının və Türkiyənin  tarixinə qızıl hərfllərlə yazılacaq bir zəfər, bir qələbə olduğunu da sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Afrinin mərkəzində artıq Türk bayrağı dalğalanır -ƏRDOĞAN

Read Next

Terrora qarşı mübarizəni yarımçıq dayandıracağımızı kimsə düşünməsin – YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir