“Gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər…”- HƏSƏNOV – FOTO – YENİLƏNİB

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunmuş tədbir keçirilir.

Etikxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək xalqımızın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.

Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda 7098 layihə daxil olub. Onlardan 3341-i dəstəklənib. Həmin layihələrin 94-ü beynəlxalq layihələrdir. Onlardan 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilib.

***

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur.

PA rəsmisi deyib ki, H.Əliyev yenidən hakimiyyətə qayıdandan sonra taleyüklü məsələlər sırasına gənclər siyasətini də daxil etdi:

“1992-ci ildə Azərbaycanda dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Onlar gəncləri ayrı-ayrı düşərgələrə bölərək gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın xilası konsepsiyasına gəncləri də cəlb etdi. Gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətində əsas prinsiplər müəyyən olundu və həyata keçirildi. Prezident İlham Əliyev bu siyasətin önəmini daha da artırdı”.

Etikxeber.az

Read Previous

TürkPA Katibliyinin yeni binasının açılış mərasimi keçirildi

Read Next

Əməkdar artist gizli saxladığı sirri açıqladı: “Məmməd Araz dedi ki…” – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir