Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elnur Rauf oğlu İbrahimova qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi bitib.
Etikxeber.az-ın verdiyi xəbərə görə, hakim Rahibə Salmanovanın rəhbərliyi ilə aparılan son iclasda müqəssir 9 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin məhkəmədə digər zərərçəkmişin – Fərman Məmmədovun Həbib Axundova qarşı yalan ifadə verməsi də aydınlaşdırılıb.
“Xüsusilə Fərman bildirib ki, mən Həbib Axundova qarşı ifadə verməliyəm”.
Həmçinin Elnur İbrahimov məhkəmədə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axdundova və oğlu Həbib Axundovdan üzr istəyib:
“Təəssüf edirəm ki, bu müddədə mətbuatda onlar barəsində müxtəlif məlumatlar yayılıb”.
Etikxeber.az