Fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək-RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək.

Etikxeber.az məlumat verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə aprel ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən “Fərqlənmə Nişanı” təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər:

“Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır”.

Etikxeber.az

Read Previous

Tədbirlər Planı təsdiqləndi: Muzdlu işçilərə 215 milyon manat həcmində-KOMPENSASİYA VERİLƏCƏK…-YENİLƏNİB – (4)

Read Next

Parlamentdə insan alverinə qarşı mübarizə ilə bağlı illik hesabatı-KİM VƏ HAÇAN VERƏCƏK? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir