Fətəliyevanın AŞPA-dakı seminarına Rəcəbli də qatılacaq

Oktyabrın 27-də Parisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin Avropa Sosial Xartiyasının departamenti və Parlament Assambleyasının parlament layihələrinə dəstək şöbəsi ilə birlikdə “İş, təlim və bərabər imkanlar: hamı üçün ədalətli rəftar və inteqrasiyanı necə təmin etməli” mövzusunda parlament seminarı keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva seminara sədrlik edəcək.

Seminarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də iştirak edəcək və ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verəcək.

Tədbirdə “Sosial hüquqlar və əmək bazarının tələblərini uyğunlaşdırmaq: parlamentarilər, hökumət, həmkarlar və özəl sektor nə etməlidir?” və “Avropada sosial mobilliyin təminatı: əhalinin həssas qruplarına (əlillər, qadınlar, azlıqlar, gənclər və ahıllar) daha çox bərabər imkanlara doğru” mövzuları ilə bağlı müzakirələr aparılacaq.

Etikxeber.az

Read Previous

Qaliblər mühakimə olunmur – ƏLİ HƏSƏNOV

Read Next

“Bu, çox yaxşıdır və düzdür, amma…” – NOVRUZ MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir