Fəttah Heydərov bələdiyyələrdən nə xahiş etdi?

Ağsaqqallar Şurasının sədrindən bələdiyyələrə çağırış
Bizi istəməyənlərə hüquqi müstəvidə də layiqli cavab verilməsi üçün bələdiyyələr daha fəal olmalı, qarşıdan gələn seçkilərə öz töhfələrini verməlidirlər.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərov adıçəkilən komitənin iclasında bələdiyyələrlə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.
 O, deyib ki, ölkəmizdə qarşıdan çox mühüm, çox şərəfli bir məsələ-növbədənkənar prezident seçkiləri gəlir:
fattah
“Bu, çox vacib bir prosesdir. Ona görə bələdiyyələr və bələdiyyələrin tərkibindəki insanlar bu proseslə bağlı öz müsbət fəaliyyətlərini göstərməlidirlər. Çünki bizi istəyənlərdən, bizə müsbət mənada istinad edənlərdən savayı, bizi gözügötürməyənlər, bizə qısqanclıq edənlər də var. Odur ki, bələdiyyələr də prezident seçkilərində, ümumən  ictimai-siyasi proseslərdə daha aktiv rol oynamalı və  daha aktiv yer almalıdırlar. Bizi istəməyənlərə hüquq müstəvidə də layiqli cavab verilməsi üçün üçün hər kəs,o cümlədən, bələdiyyələr ciddi səylər göstərməlidirlər. Yerində saymaq, durub sakitcə baxmaq olmaz”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Deputat həm təriflədi, həm tənqid etdi…

Read Next

Bələdiyyə sədri ya bələdiyyə sədrliyini etməli, ya da … – KAMRAN BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir