Fəzail Ağamalı yazdı: QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ

Tarixi keçmişi çox zəngin olan Laçınımızın işğalçılardan azad olunması münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.

Nəhayət, vandal və iblis ölkə üzərində zəfər çaldıq. İblis üzərində tarixi ədalətin təntənəsini rəqəmlər də təsdiqləyir.

44 gün Ali Baş Komandanın rəhbərliyilə ordumuzun zəfər yürüşü + 22 gün möhtərəm cənab prezidentin siyasi-diplomatik qələbəsi = 66 günə.

4 + 2 = 6
4 + 2 = 6

Bütün rəqəmlərin cəmi iblisin simvolu olan 66-dı; deməli, xilaskar Ali Baş Komandanımız İlham Əliyev iblis xislətli erməniliklə döyüşdü və qələbə qazandı.

Ustad Hüseyn Cavid demişkən:

Kəssə hər kim tökülən
                                   qan izini,
Qurtaran dahi odur
                                    yer üzünü!

Şuşayla bağlı paylaşımda yazmışdım ki, doğma dədə – baba yurdum olan Zəngəzurumuzu duymaq Şüşayla yaxındır.

Lakin Laçınımıza qovuşmaqla onu bir nəfəs qədər duymaq daha yaxındır.

Taleyin qismətinə çox Şükür ki, biz Qarabağımıza döndük.

Ulu Tanrı bizə Zəngəzurumuza dönməyi nəsib etsin.

Amin!

Zəfər günlərini Azərbaycan Xalqına yaşadan Ali Baş Komandanımız var olsun!

Yaşasın, qəhrəman Azərbaycan Ordusu!

Eşq olsun, Azərbaycan xalqına!

Fəzail AGAMALI,

Millət vəkili, Ana Vətən Partiyasının sədri

Etikxeber.az

Read Previous

Yoluxmada və ölüm sayında növbəti antirekord-4426 VƏ 41…

Read Next

“Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir