Fəzail Ağamalının müşaviri-TANINMIŞ JURNALİST İMZATOPLAMANI BİTİRDİ – YENİLƏNİB

Ana Vətən Partiyası (AVP) sədrinin təhlil və proqnozlaşdırma üzrə müşaviri, tanınmış jurnalist Jalə Mütəllimova imzatoplama kampaniyasını başa vurub.

Bu haqda Etikxeber.az-a açıqlamasında J. Mütəllimovanın özü məlumat verib.

Qeyd edib ki, tələb olunan imzaları yığıb və bu gün imza vərəqələrini 92 saylı Dairə Seçki Komissiyasına (DSK) təqdim edəcək.

Xatırladaq ki, J. Mütəllimovanın namizədliyi onun doğma bölgəsindən-Zərdabdan, 92 saylı Zərdab-Ucar dairəsindən irəli sürülüb.

Həmin dairəni isə parlamentdə millət vəkili, professor Jalə Əliyeva təmsil edir.

O da həmin dairədən 5-ci dəfə seçkiyə qatılıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə adıçəkilən dairədən Urfan Əhmədovun namizədliyini verib.

***

15:10

J. Mütəllimova artıq imza vərəqələrini 92 saylı DSK-ya təhvil verib  və yaxın günlərdə komissiya tərəfindən onunla bağlı qərar  qəbul ediləcək.

Etikxeber.az

Read Previous

Əli Hüseynli, İlham Məmmədov və Azər Badamov da-İMZATOPLAMANI BAŞA VURDULAR…

Read Next

Qənirə Paşayevanın namizədliyi-TƏSDİQLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir