FABİO KANNAVARO- Çinin ən yaxşı futbol məşqçisi

“Quançjou Everqrand” klubunun yeni məşqçisi Fabio Kannavaro Çində başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib.

Etikxeber.az xəbər verir ki, səsvermədə Draqan Stoykoviçi (“Quançjou Fuli”) və Qreqorio Mansanonu (“Quyçjou Çjiçen) qabaqlayan Kannavaronun çalışdırdığı “Tyantszin Suntszyan” klubu ölkə çempionatını üçüncü pillədə başa vurub. O, mövsümün sonunda bu klubdan ayrılaraq karyerasını “Quançjou Everqrand”da davam etdirməyə başlayıb.

Xatırladaq ki, Fabio Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Etikxeber.az

Read Previous

“BİR GÜRCÜ ALMANİYANI BÖLÜR,O BİRİSİ İSƏ…” – Zahid Oruc yazısı

Read Next

Əliyev Ruhaniyə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir