“Facebook” Maduronu-“DONDURDU”…

“Facebook” COVID-19 haqqında yalnış məlumat yayılmasına qarşı siyasəti pozduğuna görə Venesuela prezidenti Nikolas Maduronun sosial şəbəkədəki hesabını dondurub.

Etikxeber.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Facebook”un sözçüsü məlumat yayıb.

Bildirilib ki, Venesuela prezidenti rəsmi “Facebook” hesabında yanvar ayında video paylaşıb.

Bu videoda prezident Maduro kəklikotu bitkisindən istehsal olunan “Carvativir” dərmanının heç bir yan təsir buraxmadan yeni növ koronavirus infeksiyasını təsirsiz hala gətirən “möcüzə” kimi xarakterizə edib, lakin bu iddia həkimlər tərəfindən təsdiqlənməyib. 

“Ümumdünya Səhiyyə Təşkilatı hazırda bu virusu müalicə edəcək bir dərman olmadığını söyləyir və biz bu siyasəti izləyirik.  Qaydalarımızı dəfələrlə pozduğu üçün prezidentin səhifəni 30 gün ərzində dondururuq” – deyə, “Facebook”un sözçüsü deyib.

Etikxeber.az

Read Previous

“Vətən naminə borcumu yerinə yetirməyə çalışmışam…Qismətimdə də Şəhidlik yox, Qazilik varmış…”- “3-CÜ DƏRƏCƏLİ VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENLİ-QAZİ SALEH FƏTULLAYEV – FOTOLAR

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir