“Facebook”, “Tvitter”-ə münasibət hüquq müstəvisində tənzimlənməlidir – BABAOĞLU

“Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir. Qlobal imperializm hazırki mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir. Bunun üçün  ilk növbədə milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə  nümunələrin şahidi olmuşuq”. 

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

hikmet-babaoqlu

H. Babaoğlu bildirib ki, dünyada  terrorun forma və növləri hamıya məlumdur. İndi isə informasiya, sosial şəbəkələr terroru yaradılıb.

Onun sözlərinə görə, hazırda  qlobal imperializm öz məqsədlərini  virtual və informasiya terroru üzərindən həyata keçirir:

“Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar.  Həmin ölkələr hazırda siyasi «teatrlar» düzəldirlər. Belə ki, xarici ölkələrin birində   vətənpərvər soydaşlarımız 31 mart soyqırımı ilə bağlı aksiya keçirdiyi halda, digər tərəfdən həmin şəbəkə eyni  vaxtda dövlətimizə qarşı siyasi “teatr” təşkil etdi. Polis də bu prosesə müdaxilə etmədi. Bir qədər gücləndikdən sonra isə bu siyasi «teatrlar» ölkəmizə transfer edilərək siyasi dramaya çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperialzimin milli dövlətlərə hücumudur”.

Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik korpuslarımız bu istiqamətdə fəaliyyətə başlamalıdır:

“Həmçinin, milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Transmilli şirkətlər olan Facebook, Tvitter-ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar  blok edilməlidir.  Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın”.

Etikxeber.az

 

Read Previous

“İndi növbə bizimdir və İlham Əliyevə öz borcumuzu qaytarmalıyıq” – ELDƏNİZ SƏLİMOV- FOTOLAR – YENİLƏNİB

Read Next

“Birgə olaq, güclü olaq!” – RAFAEL HÜSEYNOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir