FAİQ QARAYEV: “Hər kəs bizdən qızıl medal gözləyirdi və…” – FOTO

Belə möhtəşəm yarışda iştirak etmək arzumuz idi. Hər kəs bizdən qızıl medal gözləyirdi.

Etikxeber.az xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev  deyib.

Doğma azarkeşlər qarşısında qızıl medal qazanmalarından məmnunluğunu ifadə edən baş məşqçi finalda Türkiyə yığması ilə görüşün asan keçmədiyini vurğulayıb.

“Ümumilikdə maraqlı oyun oldu. Bilirik ki, Türkiyə güclü rəqibdir. Lakin nəticədə biz qalib gəldik. Xoşbəxtik ki, vətənimizdə qızıl medal qazandıq. Voleybolu Azərbaycanda sevirlər. Hətta Azərbaycana voleybol ölkəsi deyirlər. Çünki qadınlardan ibarət komandaların uğurları çoxdur. Komandamla fəxr edirəm” – deyə, Faiq Qarayev qeyd edib.

Etikxeber.az

Read Previous

Həmsədrlər yenə “narahat” olublar…

Read Next

“Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb” – DTX RƏİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir