Farslar Cənubi Azərbaycana, ərəblər Türkiyəyə arxadan zərbə endirəcək… – POLİTOLOQ YAZIR

Turqut Özalın qətli (bu versiyaya indi daha çox inanıram), Elçibəyin devrilməsi Avropa Birliyi örnəyində Türk Birliyi modelinini dəfn etdi.

İzlər Qərbə aparırdı (Qrantın balalarının ironiyasına reaksiyam sərt olacaq). Cənubi Azərbaycan ideyası növbəti dəfə öldürücü zərbə aldı. 1992-ci ilin oktyabrında çox zəngin və mühüm gündəliyi olan Türkdilli Dövlətlərin Zirvə Toplantısını Ankarada keçirməsi, Özalın Orta Asiyaya, sonra da Azərbaycana səfər etməsi, Bakıdan Ankaraya qayıdan kimi vəfat etməsi türk birliyi ideyasını darmadağın etdi.

elçibey-ozal

Türkiyədə yeni paradiqma meydana çıxdı (yaxud çıxarıldı) – ərəb dünyasını birləşdirəcək yeni osmanlıçılıq xəttinin zühuru.

Beləliklə, Cənubi Azərbayacan farslara fəda edildi, Şimali Azərbaycan, Orta Asiya isə Rusiya və Qərbə.

Türk birliyi əslində osmanlıçılığı ehtiva edirdi, lakin türk faktoru əsas olacaqdı, ərəb amili ikinci dərəcəli.

Geosiyasət daha soyuqqanlı yanaşmanı tələb edir.

Türk, fars, ərəb birliyinə çox böyük şəxsiyyətlər çalışıblar, nail ola bilməyiblər.

İran fars və türklərin qardaş olduğu ölkə deyil, bu iki millət bir-birini qəbul edə bilməyəcək.

Eyni zamanda, Türkiyənin inkişafı ərəb, yəhudi, fars, rus və ingilislərin maraqlarına cavab verməyəcək.

Özal dahi siyasətçi idi, Elçibəy “Qarabağın azadlığı Təbrizdən keçir” deyəndə romantizm nümayiş etdirmirdi, Qərbin dəstəyi ilə Özalın Türk Birliyi ideyasını möhkəmləndirirdi.

İndi siyasət dəyişib, Cənubi Azərbaycan amilini qabardanlar bu ideyanın qətlinə hazırlaşan riyakarlardı.

Nə qədər romantik səslənsə də ,Bakı- Təbriz -Ankara qardaşlığının alternativi yoxdur.

Farslar Cənubi Azərbaycana, ərəblər isə Türkiyəyə arxadan zərbə endirəcəklər.

Allah Özala, Ərbakana, Türkeşə rəhmət eləsin. 

Azər RƏŞİDOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Monqolustan prezidenti İlham Əliyevə zəng etdi

Read Next

Axundov da farsdır? – FİRUZ MUSTAFA NƏ DEYİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir