Fazil Məmmədovdan sərt cəza – vergi borcuna görə 431 şəxsin ölkədən çıxışı məhdudlaşdırıldı

Vergilər Nazirliyi borca görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış ödəyicilərin yenilənmiş siyahısını açıqlayıb.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, 5 sentyabr tarixinə vergi borcu olduğuna görə 431 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Qeyd edək ki, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin arasında – “Akord Systems” MMC-nin rəhbəri Seyfullayev Ravil Rahib Oğlu, “Azər İnşaat TT” MMC-nin rəhbəri Quliyev Maqbet Bilal oğlu, “Az-Rost Təchizat” MMC-nin rəhbəri Səlimov Babək Rzavan oğlu, “Gəncə Sənaye Cihaz” ASC-nin rəhbəri Zeynalov Aftandil Bəxtiyar oğlu, “Rakurs” MMC-nin rəhbəri Zeynalov Rövşən Əlibala oğlu daxil bir çox tanınmış şirkət rəhbərlərinin adına rast gəlinir.

Amma nazirlik ümumilikdə həmin fiziki və hüquqi şəxslərin nə qədər borcu olmasını açıqlamayıb.

Etikxeber.az

Read Previous

“Mahmudovçu”lar Tağı Əhmədovu necə 1 milyon əvəzinə 3 milyon “tərlətdi”lər?

Read Next

ABŞ prezidenti mahnı “oxudu”- VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir