Fazil Mustafa : “Bu, cəmiyyətin alt qatlarında ciddi problemlərin yaşandığından xəbər verir”

“Tanınmış psixoloq da intihar edib. İntiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir. Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib.

Onun qeyd etdiyinə görə, hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır.

“Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür. Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir. Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var.

Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Nulan da “yola” salınır…

Read Next

“ASAN qatar” fevralın 1-dən fəaliyyətə başlayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir