Fazil Mustafa danışdı, Ziyafət Əsgərovla Siyavuş Novruzov qarşı-qarşıya gəldi…

Bir sıra səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyirlər.

Etikxeber.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün səfirliklərə müraciət edirlər:

“Ancaq miqrasiya məsələləri ilə bağlı Avropa ölkələri vizanı müraciət edən kimi vermirlər.  Vətəndaşın ödədiyi pulu  səfirliklər mənimsəyir. Bütün sahədə çalışmalıyıq ki, boşluqları dolduraq”.

Deputat həmçinin hava limanlarına giriş üşün taksilərin ödədiyi  rüsuma da toxunub. F. Mustafa bildirib ki, hava limanına metro getmir, ona görə də vətəndaş məcbur taksiylə ora getməlidir: “Bir taksiylə 10 dəqiqə girib çıxmağa görə pul ödənilməməlidir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə millət vəkil vəkilinə iradını bildirib:

ziyafet_28478678

“Fazil müəllim, dediklərinizin müzakirə olunan məsələyə nə dəxli var axı?! Bu fikirlərinizi “Facebook”da, “Tvitter”də, mediada deyə bilərsiniz. Axı, bu məsələlərin qanun layihəsinə heç bir aidiyyatı yoxdur?! Xahiş edirəm, müzakirə olunan məsələ barədə  danışın. Sanki çoxunuz ürəyinizi boşaltmaq istəyirsiniz”.

siyaqus

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da öz növbəsində birinci vitse-spikerlə razılaşmayıb:

“Axı, elə məsələlər var ki, onları sosial şəbəkələrdə, “Facebook”da demək o qədər də səmərəli olmur. Həm də bura Milli Məclisdir, millət vəkilləri onları, xalqı narahat edən məsələləri məhz burada deməlidirlər. Bu, bizim hüququmuzdur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dövlət rüsumlarına yenidən baxmaq lazımdır” – MİLLƏT VƏKİLİ- YENİLƏNİB

Read Next

“Arsenal”ın “üç oyunçusu” gələndə Azərbaycan təhlükəli olur? ” – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir