Fazil Mustafa “Hərbi dərslər”in vacibliyindən-RAZİ NURULLAYEV “ÖRÜŞ YERLƏRİ”NDƏN DANIŞDI…

Biz müxalifəti təmsil ediriksə, əsasən müxalif fikirlər səsləndirməliyik. Bununla belə, təqdir olunası işləri də qeyd etməliyik.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, bildirib ki, əvvəllər parlamentdə komitə sədrlərinin inhisarçılığı hiss olunurdu: “İndi isə adi komitə üzvü də qanun layihələrini təqdim edir. Bu, çox müsbət haldır”.

Sonra “Bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir, qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var”- deyən F. Mustafa bildirib ki, hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb:

“Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.

“Təmsil etdiyim İmişli rayonunda örüş yerri problemi var. Bir tərəfdə döyülən, söyülən vətəndaş, digər tərəfdə isə polis…”

Bunu isə deputat Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, İmişlidə əhali heyvanlar üçün örüş yeri tapmır:

“Uğursuz torpaq islahatı əsasında torpaqlar pay-püş edilib. Böyük torpaq sahələrinin əksəriyyəti Bakıda oturan məmurlara və rayonda icra hakimiyyətlərinə aiddir. Tələsik torpaq islahatı aparanlar bu gün məsuliyyət hiss etməlidir. Biz torpaqlarla bağlı yeni qanun layihəsi hazırlamalıyıq. Torpaqlar xalqa qaytarılmalıdır. Rayonlara təyin edilən yeni icra başçıları təkbaşına işləyə bilməyəcəklər. Torpaqlarla bağlı qanun layihəsini yenidən təkmilləşdirməklə biz onlara kömək etmiş olarıq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in növbədənkənar sessiyasının ikinci plenar iclası-BAŞLADI – YENİLƏNİB – (1)

Read Next

“Baş naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram…”-MM-İN KOMİTƏ SƏDRİ – DEPUTATLAR ƏN MÜXTƏLİF MƏSƏLƏLƏRİ DİLƏ GƏTİRDİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir