Fazil Mustafa: “MİR” telekanalının Azərbaycanda yayımlanmasına nə ehtiyac var?”

“Biz xalqımızın qatı düşməni olan Şaumyanınmı irsini davam etdiririk?”

Millət vəkili Fazil Mustafa parlamentin növbəti plenar iclasında çıxışı zamanı rusdilli media ilə bağlı kəskin narazılığını bildirib.

Etikxeber.az-ın məlumatına görə, millət vəkili ilk öncə “MİR” telekompaniyası ilə bağlı iradlarını səsləndirib: “MİR” telekanalı Azərbaycanda da yayımlansa da, bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?” Deputat eyni zamanda, “Bakinski raboçi” qəzeti ilə bağlı iradlarını ortaya qoyub. “İllərdir Azərabaycanda çap olunur. Hansı ki onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanınmı irsini davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

XİN: Jak Remilin adı artıq arzuolunmaz şəxslər siyahısındadır

Read Next

Parlamentdə anti-Rusiya müzakirələri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir