Fazil Mustafa tıxac problemindən danışdı…

Dünən axşamdan bir balaca yağış yağdı, Bakıda yenə aləm bir-birinə dəydi, tıxaclar yaranmağa başlandı. Bu, artıq cəmiyyətimiz üçün ciddi məsələyə çevrilməkdədir.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa parlamentin növbəti plenar iclasında dilə gətirib.

“Biz niyə bunun qarşısını ala bilmirik? Bu gün hansı insanlar narazıdır? O insanlar ki, marşrutlarda, avtobuslarda, yollarda dəqiqələrlə, saatlarla durub, oturub gözləyirlər… Hamısı işə yetisə yetişməkdə çətinlik cəkir…

Bunlardan ciddi narazılar elektoratı ola bilməz. Tez-tez nəqliyyatın intellektual idarəetməsindən danışılır, düzdür, nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür, yoxdur Odur ki, biz ictimai nəqliyyat məsələsini qaydaya salmalııq. Bizdə bu işə görəcək mütəxəssislər yoxdursa, xaricdən dəvət etməliyik…”-deyə, F. Mustafa sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclisin payız sessiyasının son iclaslarından biri keçirilir

Read Next

Qənirə Paşayevadan himnlə bağlı sərt – ETİRAZ – YENİLƏNİB – (2) – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir