Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Türkiyəmizə qarşı ən alçaq üsullarla mübarizə aparırlar. Rusiya Böyükelçisinin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır. Bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.
Onun sözlərinə görə, yaxşı ki, Rusiya məqamlarından gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər.
“Hamımız Türkiyəmizin bu ağır durumunda dəstəyimizi əgirgəməməliyik. Türkiyəni ağır töhmət altına soxan bu Vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir. Allah Türkiyəmizi qorusun, bu sıxıntılı günləri də adlamasına yardımçı olsun!”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
Etikxeber.az