Fernandez bir neçə ay yaşıl meydanlardan uzaqda qalacaq…

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Naço Fernandez uzun müddətlik sıradan çıxıb.

Etikxeber.az İspaniya mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Madriddə “Brügge” ilə keçirilən görüşdə (2:2) diz bağlarından zədə alıb.

İspaniyalı futbolçunun 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, karyerasına “Real Madrid”də başlayan Naço klubda keçirdiyi 193 oyunda 9 qol vurub.

Etikxeber.az

Read Previous

“Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi yenidən – MÜZAKİRƏLƏRDƏ

Read Next

Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verildi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir