“Festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib…” – PREZİDENT

Özbəkistanın Kokand şəhərindəki qədim Xudayar Xan sarayında Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub.

Etikxeber.az xəbər verir ki, festivala dünyanın 78 ölkəsindən xalq tətbiqi sənətinin peşəkarları, bu sahənin ekspertləri qatılıb.

Rəsmi açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin və parlamentin üzvləri, səfirlər, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və nazirliyin şöbə müdiri Günel Aslanova, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ölkəmizin nümayəndə heyəti əvvəlcə festivaldakı Azərbaycan guşəsi ilə tanış olublar. Azərbaycandan bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar Azərbaycanda işlənən xalq tətbiqi sənəti nümunələrini nümayiş etdirirlər. Nazir Azərbaycan guşəsində ölkəmizdən gələn sənətkarlarla söhbət edib, onların əl işlərinə baxıb.

prez-12

Şavkat Mirziyoyev tədbirə qatılan ölkələrin nümayəndə heyətlərini salamlayaraq bildirib ki, tətbiqi sənət hər bir xalqın həyatında mühüm yer tutur. Belə festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib. 2000 illik tarixi olan Kokand Fərqanə vadisinin incisidir və bu qədim şəhər təkrarsız koloriti ilə fərqlənir.

Dövlət başçısı vurğulayıb ki, Fərqanə vadisi dünya elminə və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Əhməd Fərqani, Burxoniddin Marqilani, Zaxiriddin Məhəmməd Babur, Babaraxim Maşrab və digər şəxsiyyətləri tanımayan yoxdur.

Sonra Prezident Özbəkistanın digər şəhərlərinin tətbiqi sənət ustalarının uğurlarından danışıb.

Şavkat Mirziyoyev festivalın fəxri qonaqları, o cümlədən Əbülfəs Qarayevlə görüşüb, qısa söhbət edib.

Açılış mərasimi Özbəkistanın incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.

Etikxeber.az

Read Previous

“Bu dəfə ürəyimizi – Şuşanı, Qarabağı itirdik…” – SƏFİR

Read Next

“Qoy, yeni dərs ili təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin” – MEHRİBAN ƏLİYEVADAN TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir