FHN əməkdaşları yanğınların söndürülməsində şücaətlərinə görə İsrail Hərbi Hava Qüvvələrinin medalı ilə təltif olunub

29 noyabr 2016-cı il tarixində İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN)  Etikxeber.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

Yanğınların söndürülməsində göstərdikləri şücaətə görə Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

Etikxeber.az

Read Previous

“İlin sonuna iqtisadiyyatın 2,8%-lik böhrana məruz qalacağı gözlənilir” – NAZİR – YENİLƏNİB

Read Next

Hesablama Palatasının rəyi mübahisə yaratdı – Yenidən hazırlanacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir