FHN-dən hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə-MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumatda bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.

Qeyd olunub ki, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir: “Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!”

Etikxeber.az

Read Previous

“Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır”-XİN RƏSMİSİ

Read Next

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur”-TƏHSİL NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir