FHN ilə İranın müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olundu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən, bu sahədə İranın müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan danışıb. Nazir belə səfərlərin müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Məcid Xudabəxş rəhbərlik etdiyi əyalətin Azərbaycan ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın bir neçə şəhərində olduğunu deyən vali Məcid Xudabəxş ölkəmizə səfərləri zamanı sürətli inkişaf proseslərini müşahidə etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

Etikxeber.az

Read Previous

Neftin qiyməti yenidən bahalaşıb

Read Next

Xalq artisti “Sevil” operasında Balaş obrazını canlandıracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir