Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar noyabrın 25-də bu ölkəyə “BE-200ÇS” amfibiya tipli təyyarə göndərib.
Etikxeber.az xəbər verir ki, meşə yanğınlarının söndürülməsində fəal iştirak etmiş Azərbaycan yanğınsöndürənləri noyabrın 30-da Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğınsöndürənlərin qarşılanma mərasimi olub.
FHN-in aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə nazirliyin aviasiya dəstəsinə məxsus bir təyyarə doqquz nəfərlik heyətlə İsrailin Hayfa şəhəri ətrafında baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə yola düşmüşdü. Azərbaycan FHN-in əməkdaşları yanğınların söndürülməsində yaxından iştirak ediblər.
Ə.Qasımov deyib ki, İsrail Dövlətinin Prezidenti Reuven Rivlin və daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə təşəkkürlərini bildiriblər.
Gilad Erdan beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına diplom və sertifikatlar təqdim edib. Həmçinin yanğınların söndürülməsində göstərdikləri şücaətə görə FHN-in əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.
Etikxeber.az