Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.
Etikxeber.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 uşaq, 13 böyük) tüstülənmiş ərazidən – poliklinikanın 1-ci mərtəbəsindən təxliyə olunub.
Poliklinika binası yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Etikxeber.az