FHN-nin Qəbələdə keçirilən komanda-qərargah təlimləri başa çatdı

Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi və nazirliyin regionda yerləşən digər qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanları əməkdaşlarının iştirakı ilə oktyabrın 12-13-də Qəbələ rayonunda komanda-qərargah təlimi keçirilib.

Etikxeber.az xəbər verir ki, komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edib. Komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübəsinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədi daşıyan təlimə FHN-in 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikası cəlb olunub.

Kompleks təlimlər zamanı bir neçə şərti hadisə və qəzalar baş verib. Belə ki, əvvəlcə Qəbələ rayonu Soltannuxa kənd orta məkəbindəki şərti qəza zamanı şagirdlərin təxliyəsi, zəlzələ zamanı kənd sakinlərinin təxliyə edilərək çadırlara yerləşdirilməsi prosesi həyata keçirilib. Sonra qaz kəmərində partlayışın söndürülməsi və xəsarət alan şəxslərin ərazidən çıxarılması, onlara ilkin tibbi yardımın göstərilməsi əməliyyatı aparılıb. Həmçinin yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər xilasedicilər tərəfindən xilas olunub, meşə massivində geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün tədbirlər görülüb

Bundan əlavə, çoxmərtəbəli yaşayış binasında baş verən şərti partlayışdan sonra insanların dağıntılar altından çıxarılması və yanğının söndürülməsi, kimyəvi təhlükəli qəza ocağının ləğv olunması və insanların təxliyəsi əməliyyatları həyata keçirilib. Təlim taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilib, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Təlimi Avstriyanın Federal Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri də izləyiblər.

Təlimdən sonra nazir müavini E. Mirzəyev avstriyalı mütəxəssislərlə görüşüb, komanda-qərargah təliminin yekunları ilə bağlı müşavirə keçirib.

Etikxeber.az

Read Previous

Kralı vəfat etdi

Read Next

Xalq artisti “Aşura” adlı qısametrajlı filmə çəkilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir