FHN: Sumqayıtda yanğında 3 nəfər tüstüdən zəhərlənib, 12 nəfər təxliyə olunub

Sumqayıtda yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib, 12 nəfər təxliyə olunub.

Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan bitişik tikilmiş, sahəsi 200 kvadratmetr olan kafenin tavanı 25 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Rusiya İnsan Hüquqları Şurasının üzvlüyünə seçilə bilməyib

Read Next

Düşmən atəşkəsi 31 dəfə pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir