“Kastronun vəfatı xəbəri məni olduqca kədərləndirdi” – İLHAM ƏLİYEV

Ölkə Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri  Raul Kastro Rusa başsağlığı məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Sədr,

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Etikxeber.az

Read Previous

Əliyevdən Ruhaniyə: “Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”

Read Next

IX sinifi bitirənlərə şəhadətnamə verilməsi proseduru ləğv edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir