FİFA alternativ mükafat təsis etdi

FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.

Etikxeber.az-ın məlumatına görə, mükafat “The Best” (“Ən yaxşı”) adlanır.

Məlumdur ki, bu ildən etibarən  “Balon D`Or” (“Qızıl top”) mükafatını yenidən “France Football” jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib.

Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.

Etikxeber.az

Read Previous

Dünyanın ilk üçekranlı noutbuku təqdim olundu

Read Next

Konqres Trampın prezidentliyini təsdiqlədi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir