FIFA dünya çempionatında iştirakçı komandaların sayını artıracaq

Bu ilin martında FIFA futbol üzrə dünya çempionatının formatında dəyişikliyi təsdiqləməyə hazırlaşır.

Etikxeber.az “Globo”ya istinadla xəbər verir ki, yeniliyə 2026-cı ildən start veriləcək. Dünya çempionatının 32 deyil, 48 milli komanda ilə keçirilməsi nəzərdə tutulur.

Mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq. Hər qrupdan ən güclü ilk iki komanda “pley-off”a yüksələcək.

Əgər beynəlxalq futbol qurumu bu təşəbbüsü qəbul edərsə, onda hər bir qitə daha çox yığma ilə iştirak etmək imkanına sahib olacaq.

İlkin plana görə, Avropaya – 16, Afrikaya – 9.5 (10-cu vəsiqəni qazanmaq istəyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya – 8.5, KONMEBOL-a – 6,5, KONKAKAF-a 6,5, Okeaniyaya isə bir yer verilib.

Hesablamaya görə, təklif olunan islahat dünya çempionatlarının maliyyə cəhətdən gəlirlərini də artıracaq.

Qeyd edək ki, FIFA komanda sayının 40-a çatdırılma təklifini rədd edib. İndiyədək dünya çempionatı bir neçə formatda təşkil olunub. 1930-cu ildə Uruqvayda keçirilmiş mundialda 13 iştirakçı olubsa, 1934-cü ildə İtaliyaya 16 komanda toplaşıb. 1938-ci il dünya çempionatında 15, 1950-ci ildə 13 komanda çıxış edib. 1954-cü ildən 1978-ci ilədək 16 komanda mübarizə aparıbsa, 1982-ci ildə iştirakçıların sayı 24-ə çatıb. 1998-ci ildən bu yana isə dünya çempionatlarında 32 ölkə təmsil olunur.

Etikxeber.az

Read Previous

Səhiyyə Nazirliyi: Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb

Read Next

Neftçilər prospektində iki qatar relsi söküldü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir