FIFA prezidenti kimi əsas məqsədim futbolun daha çox inkişaf etməsinə çalışmaqdır.
Etikxeber.az xəbər verir ki, bu sözləri FIFA prezidenti Canni İnfantino deyib.
Fəaliyyət proqramı ilə bağlı hədəflərini açıqlayan İnfantino futbola ayrılan maliyyə vəsaitinin artırıldığını diqqətə çatdırıb.
“FIFA futbola əvvəlkindən dörd dəfə artıq investisiya yatırır. Bundan əvvəl hər federasiyaya 1,6 milyon ABŞ dolları köçürülürdüsə, hazırda bu rəqəm 5 milyon dollara yüksəlib. Ayrılan pullar heç də insanların düşündükləri kimi xərclənmir. Həmin məbləğ ölkələrdə bu idman növünün inkişafı məqsədilə ayrılır”– deyə,futbol funksioneri qeyd edib.
Etikxeber.az