FIFA yeni reytinq cədvəlini açıqladı

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Etikxeber.az FIFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib və 273 xalla 115-ci pillədə qərarlaşıb. Komandamızın reytinqdə geriləməsinə səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son iki oyununda məğlub olmasıdır. Belə ki, millimiz Çexiyaya 1:2, Almaniyaya isə 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, Almaniya 1631 xalla reytinq cədvəlindəki liderliyini davam etdirir. Braziliya 1619 xalla ikinci, Portuqaliya isə 1446 xalla üçüncü pillədə qərarlaşıblar.

Etikxeber.az

Read Previous

“Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməlidir…” – SPİKER

Read Next

“Rusiyanın Ermənistana silah verməsi vəziyyətin daha da gərginləşməsinə yönəlib” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir