Fikrət Əmirovun xatirəsi anılacaq

Noyabrın 22-də unudulmaz bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində musiqili tədbir təşkil olunacaq.

Məktəbdən Etikxeber.az-a bildirilib ki, tədbir bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə keçiriləcək.

Üç hissədən ibarət tədbir çərçivəsində əvvəlcə sənətkara həsr olunan muzeyin açılışı nəzərdə tutulur.

Daha sonra “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransı işə başlayacaq. Tədbir “1001 gecə” baletinin musiqisi əsasında rəqs ifaçılığı və rəsm əsərlərinin təqdimatı ilə yekunlaşacaq.

Etikxeber.az

Read Previous

Noyabrın 18-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

“Azərbaycan Dəmir Yolları”nda rəhbər heyətin mülki müdafiə məşqi keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir