Fikrət Qoca da Behrudinin istefasından danışdı: “O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik?”

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca da şair Rüstəm Behrudinin sözügedən qurumdan istefasına münasibət bildirib. 
Etikxeber.az bildirir ki, F.Qoca AzNews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.
F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?
Etikxeber.az

Read Previous

Anardan Behrudiyə: “Piar əsl şairə yaraşmaz, amma…”

Read Next

“İstefa” iki şair arasında “söz duellosu”na döndü – “Yəyqin o yazarları təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir