Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olundu-PREZİDENT XALQ ŞAİRİNƏ ZƏNG ETDİ…- YENİLƏNİB

Prezident İlham Əliyev Fikrət Qocayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilsin.

***

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib.

Dövlət başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb.

Dövlət başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

Xoş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb.

Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Etikxeber.az

Read Previous

“Bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər… İnsanları narahat edən problemlər öz həllini tapmalıdır…” Saatlıya və Biləsuvara icra başçısı təyin edildi-PREZİDENT YENİ İCRA BAŞÇILARINI QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“Bu qədər qərəzlilik olmaz…”-HADİ RƏCƏBLİNİN AİLƏSİNDƏN KƏSKİN ETİRAZ VƏ YA SABİQ DEPUTATLA BAĞLI DAHA BİR YALAN AYAQ TUTUB, YERİMƏDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir