Şair Fikrət Sadıq vəfat edib.
Etikxeber.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza mətbuata bildirib ki, F. Sadıq bu gün səhər saatlarında evində 86 yaşında dünyasını dəyişib.
Dəfn və vida mərasimlərinin yeri dəqiqləşdirilir.
Sadıqov Fikrət Abbas oğlu (Fikrət Sadıq) 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.
1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi.
Etikxeber.az