Fikrət Fərəməzoğluna 7 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Etikxeber.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F. Fərəməzoğlu son söz deyib. O, günahsız olduğunu deyərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə Kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə Artur Rasi-zadəyə müraciət edəcək…

Read Next

Dövlət İmtahan Mərkəzi iyunun 17-də buraxılış imtahanları keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir