Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca da şair Rüstəm Behrudinin sözügedən qurumdan istefasına münasibət bildirib.
Etikxeber.az bildirir ki, F.Qoca AzNews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.
F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?“
Etikxeber.az