Filarmoniyada “Skripkalı musiqi axşamı”

Noyabrın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” adlı layihə çərçivəsində konsert proqramı təşkil olunacaq.

Gununsesi.info xəbər verir ki, “Skripkalı musiqi axşamı” adlı konsertin solistlərini Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək. Orkestrə Xalq Artisti, dirijor Teymur Göyçayev rəhbərlik edəcək.

Konsert proqramında Xalq Artisti Zəhra Quliyevanın şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları səsləndiriləcək.

Gununsesi.info

Read Previous

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 8 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu

Read Next

Neftimiz yenidən ucuzlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir