“Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatdı…

ABŞ-da “Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatıb. 

Etikxeber.az “TASS”-a istinadla xəbər verir ki, ölənlərin 32 nəfəri Şimali Karolinadandır.

“Moody’s Analytics” agentliyinin “The Wall Street Journal” nəşrində dərc etdiyi məlumata görə, “Florens” qasırğasının iqtisadi zərəri 50 milyardadək təşkil edir. Sığorta şirkətlərinin “Florens” zərəri üçün nağd ödənişinin 5 milyardadək olacağı gözlənilir.

florens

Atlantik okeanında qasırğa mövsümü adətən iyunun 1-dən noyabrın 30-dək olur. Küləyin sürəti saniyədə 17,5 metrə çatırsa, bu atmosfer hadisəsi tropik fırtına kimi, saniyədə 33 metr və daha çox olursa, qasırğa kimi təsnif edilir və hər iki halda ona xüsusi ad verilir.

Etikxeber.az

Read Previous

Deputatdan daha bir “21 sentyabr” açıqlaması: “ŞƏRƏF TARİXİMİZDİR…”

Read Next

Tarixi bir hadisəni yaxından izləmək möhtəşəm bir duyğudur – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir