Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi-LƏĞV OLUNDU

Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi ləğv olunub.

Etikxeber.az xəbər verir ki, bu barədə yarış təşkilatçıları bəyanat yayıb.

Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-prisi ləğv olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti isə açıqlamasında qeyd edib ki, COVİD-19 pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-prisi 2020 ləğvindən böyük təəssüf hissi keçirir:

“Yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula-1 azarkeşlərinin, həmçinin Formula-1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 5-7-də keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Dünya çempionatının hələlik ilk 8 mərhələsinin – Avstriya (3-5 iyul, 10-12 iyul), Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya Qran-prisinin (4-6 sentyabr) tarixi isə təsdiqlənib.

Etikxeber.az

Read Previous

92 saylı Dairənin deputatı kimlərə və nəyə görə-MİNNƏTDARLIQ ETDİ?

Read Next

Vitse-premyer “Şöhrət” ordeni ilə-TƏLTİF OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir