Fransa da, digər Ermənistan himayədarları da ayıblarına kor olub, sussa yaxşıdır…Yenə uduzan onlar, qalib olan biz olacağıq-ELDAR İBRAHİMOV YAZDI

Fransa yenə öz ermənipərəst mahiyyətini ortaya qoydu, yenə öz ədalətsiz mövqeyini nümayiş etdirdi.

Yarandığı gündən “ölü doğulmuş”, hər zaman haqlının deyil, haqsızın, işğala məruz qalanın deyil, işğalçının yanında olmuş ATƏT-in Minsk qrupunun həsmsədr ölkələrindən biri kimi yenə bitərəfliyini, neytrallığını yox, bitərəfliyiyini, qeyri-obyektivliyini gözlər önünə sərdi.

Haqqdan, haqlıdan, beynəlxalq hüquqdan yana olmadığını bir daha açıq-aşkar sübut etdi.

Bir daha yalanın, şər-böhtanın, iftiranın, saxtalığın himayədarı, himayəçisi olduğunu gizlədə bilmədi.

Fransa Senatının qəbul etdiyi son dərəcədə ədalətsiz, haqsız, saxta qətnamə bir daha bu ölkənin erməni maskasını cırmış, yırtmış oldu.

Fransa Senatı və Milli Assambleyası bundan öncə də Azərbaycanla, eləcə də qardaş və dost Türkiyə ilə bağlı saxta, beynəlxalq hüququ açıq-aşkar ayaqlar altına alan qətnamələr qəbul etmişdi, son qətnamə ilə bir daha yanlış, təhlükəli, xətalı yoldan geri dönmədiyini, tarixdən ibrət almadığını nümayiş etdirmiş oldu.

Əslində Fransadan, Fransa Senatından, onun ermənipərəst üzvlərindən bundan artıq heç nə gözləmək olmazdı.

Onların bu, addımı gözlənilən idi, amma 21-ci əsrdə göz görə-görə beynəlxalq hüququn bu dərəcədə ayaqlar altına alınması, çeynənməsi heç də yaxşı gələcək və yaxşı perspektivlər vəd etmir.

Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasında, sülh sazişinin imzalanmasında maraqlı olmadığını, pozuculuq xəttini tutduğunu, özünün hələ də damağından getməyən imperiya iştahasını, ağalıq xəyallarını gerçəkləşdirmək üçün “bulanıq suda balıq tutmaq” sevdasını nümayiş etdirir.

Bəli, 30 ildir Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin səbəblərindən biri də Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləri olub. Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını ifadə edən Fransa deputatları BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda əksər dövlətlərin iki dövlət arasında sərhədlərin delimistasiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarını görməzdən gəlir.

Üzvü olduğum Milli Məclisin bugünlərdə qəbul etdiyi bəyanatda da deyildiyi kimi, Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur.

Ancaq yaxşı olardı ki, Fransa, onun Senatı və Milli Assambleyası bir dönüb özlərinin uzaq olmayan keçmişinə baxardı. O zaman görərdilər ki, həmin tarixi etdikləri ədalətsizliklərlə, törətdiklikləri qan-qadalarla, soyqırımlarla doldudur.

Fransaya törətdiyi bəzi həqiqətləri xatırlatmaq bu yerdə lap məqamına düşər. Fransanın törətdiyi müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Fransa tərəfindən törədilmiş soyqırım cinayətləri Fransa tarixində silinməsi mümkün olmayan qara ləkədir. Eyni zamanda Fransa işğal etdiyi Əlcəzair ərazisində 1,5 milyon mina basdırıb. Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. Əlcəzairin işğalı dövründə 1 milyondan çox insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “şəhid ölkə” adlanır. Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir hissəsi kimi qəbul edir.

Fransa məqsədli şəkildə Əlcəzairdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Eyni şəkildə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında bunu edib. Tarixə elm adamlarının soyqırımı kimi həkk olunan hadisəni də fransızlar təşkil edib. Çadda 400-ə yaxın müsəlman elm adamlarının hamısını Fransa güllələyib. 1994-cü ildə Fransa Ruandada təhlükəsiz zona yaratmaq adı ilə Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Qətliamda Fransa məsuliyyət daşıyıb.

Bəli, bu qanlı, dəhşətsaçan misalların sayını bir az da artırmaq olar. Çünki Fransanın “şanlı tarixi” bu cür qanlı əməllərlə, tarixi cinayətlərlə doldur. Ona görə istər Fransa rəhbərliyi, istər Fransa senatçıları. istər Fransa milli assambleyaçıları atalar məsəlimizdə deyildiyi kimi, ayıblarına kor olub, sussalar yaxşıdır. Çünki danışdıqca xar olur, özlərini biabır və ifşa edirlər.

Fransa Senatının qətnaməsi əzik-üzük kağız parçasından savayı başqa bir şey deyil. Belə qətnamələri həm Fransanın, həm də digərlərinin timsalında dəfələrlə və çox görmüşük. İkinci Vətən Müharibəsi zamanı da bizi öz Haqq yolmuzdan döndərmək üçün çoxları çox oyunlardan, çox hoqqlalardan çıxdılar, bizə böhtan atdılar, iftira yağıdırdılar. Amma istəklərinə nail ola, arzularını gerçəkləşdirə, Azərbaycanı öz Haqq yolundan, Haqq davasından çəkindirə, döndərə bilmədilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı bir yumruq kimi birləşərək, öz “Dəmir Yumruğu”nu işğalçının başına endirdi, Ermənistanla birlikdə onun qanlı himayədarlarını da qarşısında diz çökdürdü. Təkcə Ermənistan deyil, onun qanlı əməllərə təhrik edənlər də kapitulyasiyaya imza atmış oldular.

Bəli, bundan sonra da kimsə, kimlərsə Azərbaycana mane ola, onu öz yolundan sapdıra, döndərə bilməyəcək. Bu, eləcə də daim düşmənin tərəfini tutmuş, İslam təəssübkeşliyindən danışıb, amma İslam dəyərlərini 30 il ərzində gözlər önündə məhv etməyə çalışmış Ermənistanın yanında olmuş və yenə də öz yanlışlıqlarından nəticə çıxarmamış cənub qonuşumuza da aiddir. Bir gün etdiklərinin acı nəticələrini dadacaqlar. Gec-tez yenə Haqq öz yerini tutacaq, onda da yanlışlıqlardan dönmək çox gec olacaq. Hər halda bu, onların öz seçimidir, özləri bilər.

Amma bildiyimiz və gerçək həqiqət budur ki, müstəqil, Qalib Azərbaycan bir Günəş kimi doğmaqda və parlamaqdadır.

30 illik qanlı münaqişəyə cəmi 44 gündə son qoyduğumuz kimi, bu bölgədə əbədi sülhü də biz bərərar edəcəyik, bu bölgəyə əbədi sülhü də biz gətirəcəyik, sülh sazişinə də biz nail olacağıq.

Yolumuza nə qədər daş-kəsəklər tökülsə də, dəmir iradəmizlə öz istədiyimizə nail olacağıq!

Bundan sonra da bütün Qələbə və Zəfərlər bizimlə olacaq!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi gücləndirəcək-XİN

Read Next

Anası tərəfindən kirayələrdə təkbaşına böyüdülən, Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi olan-ADƏM ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 22 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir