“Fransa hökuməti bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşmazsa, bunun bədəlini həm diplomatik müstəvidə, həm də iqtisadi müstəvidə ödəməli olacaq”-FATMA YILDIRIM

Erməni lobbisinin təsiri altında olan Fransa Senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qətnamənin qəbulu təəccüb doğurmur. Fransa hökuməti bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşmazsa, bunun bədəlini həm diplomatik müstəvidə, həm də iqtisadi müstəvidə ödəməli olacaq. 

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım dilə gətirib.

O, qeyd edib ki, fransız istablişmenti bu barədə yaxşı düşünməli və verilmiş qərarı mütləq sorğulamalıdır.

“Ermənistan Azərbaycandan fərqli olaraq müttəfiq kimi etibarlı tərəfdaş olmadığını dəfələrlə sübuta yetirmiş bir ölkədir. Azərbaycan Qafqaz regionunda ən etibarlı tərəfdaşdır”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Fransa Senatının qətnaməsi: HİKMƏT HACIYEV ADİ KAĞIZ PARÇASI, XİN İSƏ TƏXRİBAT KİMİ QİYMƏTLƏNDİRDİ – YENİLƏNİB

Read Next

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti daha 1 il uzadılsın”-VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir