Fuad Muradov MM-ə niyə gəlmişdi? – FOTO

İyunun 7-də  Milli Məclisin (MM) Gənclər  və idman  komitəsində tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, məlum olduğu kimi bir neçə həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuş  Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildi.

S.  Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb, Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə edib.

MM-in ötən iclasında Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin komitənin yeni sədri seçildiyini  vurğulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanan qanun layihələrini, ölkədə gənclər və idman   siyasətinin  inkişafında komitənin  rolunu yüksək qiymətləndirib.

07.06.2018 gencler idman B (1)

Komitə üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

O, bundan  sonrakı  fəaliyyətində  də  öz iş prinsiplərinə sadiq qalacağını, diaspor təşkilatlarımızın fəaliyyətinin  səmərəliliyinin artırılması üçün əlindən  gələni  əsirgəməyəcəyini  vurğulayıb.

Sonra Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ona  göstərilən etimada  görə MM rəhbərliyinə  minnətdarlığını  bildirib.

2015-ci ildə yaranan komitədə təməli qoyulmuş ənənələrin bundan sonra da səylə davam etdiriləcəyini qeyd  edib.

Tədbirdə  iştirak  edən Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  sədri Əli Hüseynli, deputatlardan  Kamran Nəbizadə,  Mahir Abbaszadə,  Adil Əliyev,  Azər Badamov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Elşad  Həsənov  keçmiş  həmkarları Fuad  Muradova  gələcək  işlərində uğurlar  arzulayıblar.

Etikxeber.az

 

Read Previous

Oqtay Mirqasımov “Şərəf” ordeni ilə təltif edildi…

Read Next

“O rəisin qulağı ilə bağlı “problem” güclü əl tərəfindən həll olunmalıdır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir