Fuad Muradovu bu dəfə Sahibə Qafarova əvəzləyəcək – “AVRONEST” PA-DA – ÖZƏL

Bu gün Milli Məclisdə (MM) spiker Oqtay Əsədovun yanında Azərbaycanı (parlamenti) beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətlərinin rəhbərləri və üzvləri ilə geniş görüşün keçirilməsi gözlənilir.
Bu haqda Etikxeber.az-a məlumat verən mənbənin sözlərinə görə, görüşdə məqsəd  prezident seçkilərindən sonra hökumətdə yer almış bəzi millət vəkillərinin Azərbaycanın beynəlxalq qurumlardakı nümayəndə heyətlərindəki  yerlərinin boş qalmasıdır.
sahibaaaa
fuad
“Bildiyiniz kimi, prezident seçkilərindən sonra 4 həmkarımız hökumətdə yer aldı və onların həm parlamentdəki, həm də beynəlxalq qurumlardakı yerləri boş qaldı. Məsələn, Rövşən Rzayevlə Vüsal Hüseynovun Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətindəki yerlərini bitərəf millət vəkili Çingiz Qənizadə ilə hakim partiyadan olan deputat Naqif Həmzəyevin tutması gözlənilir. Həmçinin, Vüsal Hüseynovun nümayəndə heyətindəki sədr müavini postu da boş qalır. Onun yerinə ya Rafael Hüseynov, ya Sevinc Fətəliyevanın, ya da Elşad Həsənov təyin olunması mümkün variantlardandır.
meclis-oqtay-1
Bununla yanaşı, Fuad Muradovun “Avronest” Parlament Assambleyasındakı (PA) Azərbaycan nümayəndə heyətinin sədri postu boş qalır. Onun yerinə Azərbaycanı AŞPA-da çox uğurla təmsil edən, qurumun məruzəçisi və komitə sədr olmuş Sahibə Qafarovanın təyin olunması nəzərdə tutulur. Bu, tam dəqiqdir. Sahibə xanım həm də AŞPA-dakı nümayəndə heyətində təmsilçiliyini davam etdirəcək. Həmçinin, “Avronest” PA-dakı nümayəndə heyətimizin üzvü olmuş Muxtar Babayevin başqa millət vəkili ilə əvəzlənməsi nəzərdə tutulur. Eyni zamanda, digər bəzi nümayəndə heyətlərində də rotasiya qaydasında dəyişikliklərin edilməsi mümkündür”-deyə, adının çəkilməsini istəməyən mənbə deyib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Azərbaycan dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır – PREZİDENT – FOTO – YENİLƏNİB – (1)

Read Next

“Bu, inqilabi islahat idi” – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir