Fuad, Müzəffər və Emil…İgidlərimiz, Qazilərimiz…-SƏHHƏTLƏRİNDƏ HƏLƏ DƏ CİDDİ PROBLEMLƏR VAR VƏ… – FOTOLAR

…O gün olmur, o gün olmaz ki, Qazilərimizlə, Şəhid ailələri ilə danışmayım, əlaqə saxlamayım…

Bir gündə, gün ərzində bəzən təkrar-təkrar, bir neçə dəfə…

Özümə borc bilirəm…Çünki onların boynumuzdakı Borcu, Haqqı ödənməz, ödənilməz…

Əlaqə saxlamayanda, danışmayanda da…, elə bilirəm ki, həmin gün nəsə itirmişəm…Onları o qədər və o dərəcədə özümə doğma, əziz, özümdən, ailəmdən bilirəm ki…Hamısı ilə doğmalaşmışam…

Qazilərimiz, Qazi balalarım mənə “əmi”, “dayı” deyəndə də, lap ləzzət edir…O qədər doğmalıq, səmimilik var ki…Sözlə, kəlmələrlə ifadəsi belə mümkünsüz…

Bir az öncə iki Qazimizlə-Qəhrəman Goranboyumun İkinci Vətən Müharibəsi İgidi, Qəhrəmanı, bədəninin 54 faizi yanmış, qulağının biri deşilmiş…Müzəffər Maqsud oğlu Abbasov və qonşu Nərimanlı kəndindən, rəhmətlik atamın, eləcə də, anamın sinif yoldaşı Bəhman dayının nəvəsi Fudala (Fuad Mahir oğlu Həsənovla) əlaqə saxladım, danışdım…

Gün ərzində Müzəffərlə ən azı iki dəfə danışmışdım, Fuad isə özü zəng etmişdi… Müzəffərlə bir yerdədirlər, hər ikisi də Buzovnada Sanatoriya və Reabilitasiya Mərkəzində müayinə-müalicə olunurlar…

Fuadla danışdıqdan sonra bir daha Müzəffərlə danışdım…İkisinin də əvvəlki günlərlə müqayisədə əhval-ruhiyyəsi yaxşıydı…Müalicə-müayinələri də təsirsiz qalmır, müsbətə doğru irəliləyişlər var səhhətlərində…

Allah aylarla çəkdikləri acıları, ağrıları…boşuna, hədər getməyə qoymasın!

Müzəffərin problemləri daha ciddidir və Türkiyəyə göndərilə bilər…Hətta söz veriblər…İnşallah, YAŞAT onu da qardaş ölkəyə göndərər və nəticədə sağlamlığı daha da yoluna düşər, normallaşar.

Onların yanında daha bir İgidimiz, daha bir Qəhrəmanımız var…

Qəhrəman Tovuzumuzun Qəhrəman balası, İkinci Vətən Müharibəsi Qazisi Emil Azər oğlu…

Emil İkinci Vətən Müharibəsi zamanı Füzuli istiqamətində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib və ağır döyüşlərdən birində də çox ağır yaralanıb…

Sol tərəfi iflic olub, danışıq qabiliyyətini itirib, nitqi pozulub…

Aylardır müalicəsi-müayinəsi davam edir…Lakin səhhətində ciddi problemlər hələ də qalmaqdadır…

Onun da Türkiyədə müalicəsinə ehtiyac var və Emil də inşallah, bir gün Türkiyəyə yola salınar və sağalıb sağ-salamat geri, ailəsinə, Vətəninə dönər.

Allah Sizləri qorusun, İgid, Qəhrəman, Cəsur balalar, Vətən övladları, Qazilərimiz!

Haqqınız heç zaman ödənməz, ödənilməz!

Qarşınızda baş əyirik, baş əyirəm!

Allah Yar və Yardımçınız olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 353 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“Mehriban Əliyevanın YAP sədrinin birinci müavini vəzifəsinə təyinatı partiyanın sosial və humanitar fəaliyyət istiqamətlərində müsbət mənada dönüşə səbəb olacaq…”-BİTƏRƏF MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir